TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5916_k-lb-c-r-t-xribatinin-detallari-ordumuz-ir-vana-90

SİYASƏT

Hamısı

Kəlbəcər təxribatının detalları - Ordumuz İrəvana 90-km-lik məsafədə...

(16 Gün, 21 Saat öncə) 141 İzlenme 0 Yorum
Kəlbəcər təxribatının detalları - Ordumuz İrəvana 90-km-lik məsafədə...

Kəlbəcər istiqamətində Azərbaycan ərazisində olmaq şərti ilə ordumuz öz mövqelərini tarixi torpaqlarımızda möhkəmlədib. O ərazi Ermənistanın Basarkeçər rayonunun lap yaxınlığıdır. Azərbaycan Ordusunun oradakı mövqeyindən Basarkeçər rayonu ovuc içi kimi görünür. Həmin ərazilərdə olan Şorca və digər istiqamətlərdə də bu, belədir. Zod qızıl yataqları da həmin ərazidə yerləşir.

Bunu TURKAZİNFO.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, həmin mövqelərdən İrəvana 80-90 km məsafə qalır: “Ona görə də, işğal dövründə ermənilər həmin ərazidə daha çox məskunlaşıb. Tarixən azərbaycanlıların yaşadığı Nərimanlı, Şişqaya, Kəsəmən, Qayadaşı və başqa kəndlər var. Vaxtilə Basarkeçər rayonunun 40 kəndinin 29-da azərbaycanlılar yaşayırdı. 30 illik işğal dövründə ermənilər bu ərazilərdə məskunlaşmağa çalışıb. Hazırda isə Azərbaycan ordusu orada özünün güclü mövqeyini möhkəmlədib”.

Millət vəkili hesab edir ki, erməni təxribatlarının orada yaşayan Ermənistan vətəndaşlarının təlaşını yatırmaq üçün edilməsini də istisna etmək olmaz: “Guya belə bir durum yaratmaqla Azərbaycan ordusunun oradan geri çəkilməsinə nail olacaqlar. Amma onların hər təxribatlarına cavabımız daha sərt olur. Bir şəhidimizin qisası qarşılığında 10 erməni əsgəri məhv edilir”.

Elman Məmmədov bildirib ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb: “Ona görə də, onlar unutmasınlar, biz tarixi sərhədlərimizn haradan keçdiyini yaxşı bilirik. Hətta təxribatçıların rus sülhməramlıların kölgəsinə sığınıb Xankəndidə, Xocalıda etdiyi təxribatlar da cavabsız qalmayacaq”.

Müəllif: Tapdıq Qurbanlı


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı