TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5906_ombudsman-erm-nistanin-t-xribati-il-bagli-beyn-lxa

GÜNDƏM

Hamısı

Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış etdi

(17 Gün, 8 Saat öncə) 534 İzlenme 0 Yorum
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara çağırış edib.

TURKAZİNFO.com un məlumatına görə, müraciətdə deyilir:

"Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib. Qarşı tərəfin snayper silahından açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Tərəflər arasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında 2020-ci il 10 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəlarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir, Ermənistandan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi tələb edirik.

Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırıram".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı