TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5903_putin-v-tokayevin-m-qs-di-rdoganin-susqunlugu-gozl

MÜSAHİBƏ

Hamısı

PUTİN VƏ TOKAYEVİN MƏQSƏDİ, ƏRDOĞANIN SUSQUNLUĞU - GÖZLƏNİLMƏZ NƏTİCƏ?

(18 Gün, 1 Saat öncə) 1,91 B İzlenme 0 Yorum
PUTİN VƏ TOKAYEVİN MƏQSƏDİ, ƏRDOĞANIN SUSQUNLUĞU - GÖZLƏNİLMƏZ NƏTİCƏ?


Qazaxıstan prezidenti Tokayev bu gün çıxış edərək ölkəsinə çağırdığı  KTMT-nın sülhməramlılarının iki gündən sonra 10 gün müddətinə ölkəni tərk edəcəyini elan etdi və artıq Putinin Qazaxıstan əməliyyatının əsas məqsədi barədə inamla danışmaq olar.
 
Əvvəla qeyd etmək lazımdır ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən varis kimi, əslində isə formal bir fiqur olaraq Qazaxıstan prezident kürsüsünə gətirilmiş Qasım-Jomart Tokayevin şəxsi bioqrafiyası açıq şəkildə və şübhəsiz onu təsdiq edir ki, indiki Qazaxıstan prezidenti Tokayev  tamamilə Rusiyanın öz kadrıdır və hal-hazırda da keçmiş KQB indiki Rusiya  Federal Təhlükəsizliyinin Xidmətinin əməkdaşı olaraq fəaliyyətdədir. Bildiyimiz ki, SSRİ dönəmində xarici səfirlilərdə əmək fəaliyyəti göstərənlər KQB əməkdaşları olub və təbii ki, bir sıra ölkələrdə SSRİ-nin səfiri kimi işləmiş Tokayev də  sıradan KQB əməkdaşıdır həm də, yüksək ranqlı. Təkcə bir fakt onu deməyə tam əsas verir ki, hal-hazırda da  Qasım-Jomart Tokayevin şəxsi və onun əmlakı barədə məlumatlar Rusiya Federal Təhlükəsizliyi Xidməti tərəfindən “məxfi” qrifi altında gizlədilir. Diqqət edək ki, Rusiya ancaq öz xüsusi xidmət orqanlarının fəaliyyətdə olan əməkdaşları haqqında belə tədbirlər görür. 
 
Sözsüz ki, Qazaxıstan əməliyyatı Putin-Tokayev planı üzrə həyata keçirilib, daha doğrusu Tokayev Kremldən onun üçün ayrılmış rolu məharətcəsinə oynadı və Rusiya qarşısına qoyduğu məqsədlərin ilkin nəticələrini əldə edə bildi. Rusiya müdaxiləsi nəticəsində Nursultan Nazarbayevə loyal Nazirlər kabineti istefaya getdi, Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev özü faktiki ölkə idarəçiliyindən yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı. Tokayev vəzifələrə özünə və Rusiyaya yaxın şəxsləri, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsinə isə özünü təyin etdi. Qısası Qazaxıstanda Nursultan Nazarbayev dövrü bağlandı. Əslində Qazaxıstanda baş verənlər öz əlamətləri ilə dövlət çevrilişidir, əmması isə ondadır ki,  Tokayev formal olsa da dövlət başçısı idi və bu baxımdan Tokayevi dövlətə xəyanətdə, dövlət çevrilişində ittiham etmək mümkün deyil. Ancaq fakt faktlığında qalır – Qazaxıstanda Nursultan Nazarbayevin hakimiyyətinə son verildi.  Qazaxıstan əməliyyatı Rusiya üçün bir neçə aspektdən uğurlu oldu, ilk növbədə türk dünyasının ağsaqqalı, Turançılıq ideyasının əvəzsiz liderlindən olan, Qazaxıstanın müstəqillik simvolu və ilk prezidenti Nursultan Nazarbayev “zərərsizləşdirildi” və  Rusiyaya tam loyal Tokayev hakimiyyəti möhkəmləndirildi.  Qazaxıstanda Rusiyanın keçirdiyi faktiki dövlət çevrilişi Rusiyanın əsas üç məqsədinə xidmət edirdi: SSRİ arzusu, Turançılıq ideyasının zəiflədilməsi və Talibana qarşı ön səngərin yaradılması. 
 
Bu əməliyyatda Rusiyanın əsas məqsədlərdən biri də, Jenevada ABŞ-Rusiya danışıqlarında Rusiyanın siyasi mövqeyini gücləndirmək və ABŞ başda olmaqla NATO-dan 6-cı dəfə genişlənməyəcəyi barədə öhdəliyini əldə etmək idi. ABŞ-Rusiya görüşü öncəsi Qazaxıstan əməliyyatı baş tutdu, ABŞ-Rusiya danışıqları bitdikdən sonra KTMT-nin sülhməramlılarının Qazaxıstandan iki günə çıxacağı elan edildi. Əvvəla Rusiya Qazaxıstan əməliyyatı ilə ABŞ-Rusiya danışıqlarında NATO-nun genişlənməməsi və NATO-dan keçmiş SSRİ respublikalarına fəaliyyəti barədə heç bir öhdəlik əldə edə bilmədi əksinə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi anonsu verildi. Digər tərəfdən isə Rusiya Tokayevin dili  ilə  Qazaxıstandan öz ordusunu çıxaracağını elan etdi.  Düzdür Rusiya keçmiş SSRİ respublikalarına açıq hədəsini göstərdi və Qazaxıstanda Rusiya fiqurunun vahid hakimiyyətini təmin etdi, Turançılıq ideyasına az da olsa şübhələr yarada bildi. 
Ancaq Rusiya Qazaxıstanda qalacağı halda böyük çətinliklərlə üzləşəcəyini və axır hesabla Orta Asiyada mövcudluğunu tam itirəcək təhlükəsi ilə üzləşdi. İlk növbədə Tokayev Qazaxıstana rus qoşunlarını dəvət etdiyi üçün Qazaxıstan ziyalıları və cəmiyyəti tərəfindən xain elan edildi, bu halda da Tokayev hakimiyyətini itirmək və hakimiyyətə millətçilərin gələcəyi ehtimalı artdı. Tokayevin dili ilə Rusiyanın Qazaxıstandan ordusunu çıxaracağını bəyan etməsi əslində, Qazaxıstanı tam itirməmək istəyindən irəli gəlir və Rusiya fiquru Tokayevi hakimiyyətdə saxlamaq cəhdidir. Rusiyanın belə bir qərar verməsinə səbəb həm də, Orta Asiyanın digər türk dövlətlərində Rusiya qarşı ssenarinin arzu olunmaz istiqamətdə inkişafı oldu. Bəziləri KTMT-dən çıxmaq qərarı verəcəkləri ilə Rusiyanı çətin vəziyyətə saldı. Qazaxıstan əməliyyatında Türkiyənin səbirli davranması faktı ehtimal yaradır ki, Rusiya prezidenti Türkiyə prezidenti ilə danışıqları olub və Putin Qazaxıstandan çıxacağını Ərdoğana bildirib, güman edirəm ki, məhz bu səbəbdən də Türkiyə Qazaxıstanda Rusiya əməliyyatlarına qarşı kəskin reaksiya vermədi. 
 
O ki, Qazaxıstan əməliyyatında  Rusiyanın  hərbi operativliyinə, bu əməliyyatın belə çevik həyata keçirilməsi özü özlüyündə böyük şübhələr yaradır yəni ki, Qazaxıstanda baş verənlər əvvəlcədən ssenari üzrə planlı şəkildə təşkil edilib və plana müvafiq olaraq ordu da bu gedişə hazırlanıb və bu çeviklik ona görədir. Ancaq Rusiya istədiyi nəticəni əldə edə bilmədi, əksinə özünün Orta Asiyada türk dövlətlərində müəyyən mövqeyini sarsıtmış oldu, keçmiş SSRİ dövlətlərinin də silkələdi. Məlumdur ki, Qazaxıstanda məlum hadisələrdən sonra Tokayevin əldə etdiyi mütləq hakimiyyəti müvəqqəti formaya düşdü. Sözsüz ki, Nursultan Nazarbayev tərəfdarları, millətçilər Tokayevin hakimiyyətini uğursuz edəcək. Bütün bunlardan sonra Rusiya udan və ya uduzan tərəf olması göz qabağındadır.
Vüqar Dadaşov
Hüquqşünas, MCP SŞ-nın üzvü
  TURKAZİNFO.com


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı