TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5902_tarix-t-krar-olunacaqmi-ssri-ni-b-rpa-etm-k-musa-q

GÜNDƏM

Hamısı

Tarix təkrar olunacaqmı: SSRİ-ni bərpa etmək... – MUSA QASIMLI

(18 Gün, 3 Saat öncə) 3,32 B İzlenme 0 Yorum
Tarix təkrar olunacaqmı: SSRİ-ni bərpa etmək... – Professor

“Dünyanın ürəyi” hesab edilən Avrasiyanın vacib regionu Mərkəzi Asiyanın açar ölkəsi Qazaxıstanda qiymət artımı bəhanəsi ilə baş verən hadisələr və onu yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi fikrimcə, proseslərdə səhnənin yalnız görünən tərəfidir. Qazaxıstanda yaxşı heç nə baş verməyib, ölkə geriyə gedib, ərazi bütövlüyü və suverenliyi təhdid altına düşüb.

Bunu TURKAZİNFO.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, baş verən hadisələr miqyasına görə, Qazaxıstan coğrafiyasını aşır, dünyanı nüfuz dairəsinə bölməyə, Avrasiyaya yiyələnməyə və yeni geosiyasi reallıqlar yaratmağa cəhd edən güclər arasında getdikcə şiddətlənən mübarizənin açıq təzahürüdür: “Bir neçə suala cavab vermək bəzi mətləblərə aydınlıq gətirə bilər. Birincisi, SSRİ dağıldıqdan sonra şimalda keçmişə qayıdış cəhdlərinin ildən-ilə güclənməsi, indiki halda KTMT-nin bərabər hərəkət etməsinin səbəbləri nədir və hansı planlardan xəbər verir? İkincisi, ABŞ on illər boyu böyük məsrəflər çəkdiyi Əfqanıstandan nə üçün tələm-tələsik çıxdı? Üçüncüsü, bəzi dövlətlərin Yaxın, Orta Şərqdəki fəaliyyətləri, “Yeni Orta Doğu” layihəsi Türkiyəni birbaşa təhdid etsə də, bu, daxilində təxminən 2 min milli-etnik problemi olan Rusiya üçün qorxu yaratmırmı? Dördüncüsü, Türkiyə sərhədlərində xaricdən dəstəklənən terror təşkilatlarının qanlı fəaliyyətləri, Rusiyanın “arxa bağçası” hesab etdiyi Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinin sərhədlərinin yaxınlığında baş verən proseslər bir neçə dövləti bərabər hərəkət etməyə vadar etmirmi? Bütün müqayisələr qüsurludur”.

Millət vəkili hesab edir ki, hər halda həqiqət müqayisədə üzə çıxır: “Bir tarixi hadisəni xatırlamaqda fayda görürəm. XX əsrin 20-ci illərinin əvvəllərində Antanta ölkələri Rusiyaya və Türkiyəyə qarşı müharibə apararkən ABŞ Dövlət Departamentindən Böyük Britaniya Xarici İşlər Nazirliyinə göndərilən məxfi teleqramda yazılırdı ki, əgər Türkiyəyə qarşı hərbi əməliyyatlar davam etdirilərsə, təzyiqlər artarsa, o zaman Rusiya və Türkiyə yaxınlaşar, Yaxın, Orta Şərqdə Britaniya imperiyasının hökmranlığına son qoyular. Amerikalıların etdikləri xəbərdarlıq gerçək oldu. Rus və türk xalqları bərabər hərəkət etdilər, Yaxın, Orta Şərqdən Britaniya imperiyası vurulub çıxarıldı. Yeni geosiyasi dəyişikliklər baş verdi. 1922-ci ildə SSRİ, 1923-cü ildə isə Türkiyə Cümhuriyyəti yaradıldı”.

Musa Qasımlı bildirib ki, SSRİ-nin qurulmasında TBMM hökuməti müəyyən rol oynadı: “Əlbəttə, indi dünya 20-ci illərdəki deyil. Keçmişə qayıdış, SSRİ-ni əvvəlki formada bərpa etmək mümkün deyil. Amma görünən odur ki, yeni amansız “döyüş” başlayır. Bu “döyüş”: 1. Birinin Yaxın, Orta Şərqdəki hökmranlıq cəhdlərinə son qoyacaqmı? 2. Digərinin keçmişə qayıdış cəhdlərinin reallaşdırılmasına gətirəcəkmi? 3. Yoxsa çanaq keçmişə qayıtmağa çalışanın başında sınacaq? 4. “Dünyanın ürəyi”nə kimin və ya kimlərin yiyələnməsi ilə nəticələnəcək, yoxsa əvvəlki vəziyyət davam edəcək?

P.S. Tarixən Avrasiyaya kənardan dövlətlər gəlib girmək istəyəndə iki təbii müttəfiq olan Rusiya və Türkiyə bərabər hərəkət ediblər və digərlərinə burada yer qalmayıb. Ona görə də həmin güclər daim rus-türk düşmənçiliyi yaratmağa çalışıblar...”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı