TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5900_yardimlida-yasayan-idmanci-qazimiz-d-issizdir-foto

REGİON

Hamısı

Yardımlıda yaşayan idmançı-qazimiz də işsizdir - FOTO

(21 Gün, 21 Saat öncə) 7,72 B İzlenme 0 Yorum
Yardımlıda yaşayan idmançı-qazimiz də işsizdir - FOTOLAR
 Yardımlıda işsizliyin və sosial tənəzzülün təhlükəli həddi bütün sakinlərin qapısının zəngini basır. Rayonun Köryədi kəndində yaşayan 22 yaşlı, ali təhsilli gənc idmançımız, 44 günlük VƏTƏN SAVAŞInın iştirakçısı Mirzəzadə İdris Mirhüseyin oğlu da hazırda işsizlik mühitinin ağrısını hiss edir.

TURKAZİNFO.com-ın məlumatına görə, Mirzəzadə İdris Mirhüseyin oğlu 1999 cu ildə Yardımlı rayon Köryədi kəndində anadan olub. 2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetinin "Torpaqşunaslıq və aqrokimya mühəndisliyi" fakultəsində təhsil alıb. 2018-ci ilin dekabrında keçirilən BUDO dünya çempionatında dünya çempionu olub. 2018-19-cu illərdə müxtəlif vaxtlarda Avropa Asiya Çempionu, karate döyüş növü üzrə yarışlarda zona çempionu adını qazanıb. Heydər Əliyevin 96-cı il dönümünə dair keçirilən Respublika üzrə turnirdə də qızıl medal qazanıb. 2020-ci il iyun ayında hərbi xidmətə gedib. Hərbi xidməti zamanı 44 GÜNLÜK VƏTƏN SAVAŞına qatılıb, Xocavəndin Ağdamın azad edilməsindəki döyüşlərdə fəal iştirak edib. Ali baş komandan tərəfindən müvafiq medallara layiq görülüb. Bu il yanvarın 1-də hərbi xidməti başa vuraraq təxris olunub.

Saytımızın əldə etdiyi məlumata görə, idmançı-qazimiz doğma Yardımlı rayonunda özünə münasib iş axtarır. İnanırıq ki, yerli icra hakimiyyəti və digər aidiyyatı qurumlar İdris Mirzəzadənin tezliklə işlə təmin olunması üçün zəruri addımlar atacaq. Yetər ki, qalib dövlətin rəhbərliyinin aşıladığı sosial müdafiə tədbirləri, şəhid ailələri və müharibədə əlil və qazi olan gənclərimizə müxtəlif təminat və sosial qayğı bütün yerli məmurların əməlləri üçün də prioritet ola...


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı