TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5898_rusiya-qazaxistana-yeni-h-rbi-quvv-gond-rir-son-d-

DÜNYA

Hamısı

Rusiya Qazaxıstana yeni hərbi qüvvə göndərir - Son dəqiqə

(21 Gün, 6 Saat öncə) 72 İzlenme 0 Yorum
Rusiya Qazaxıstana yeni hərbi qüvvə göndərir - Son dəqiqə

Rusiya Müdafiə Nazirliyi KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

TURKAZİNFO.com xəbər verir ki, bunu nazirliyin mətbuat xidməti bildirib.

Hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan respublikaya göndərilməyə hazırlanırlar. İndi Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

“Əvvəlki transferlər KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hava-desant qoşunları “Çkalovski”, “İvanovo-Severnıy” və “Ulyanovsk-Vostoçnıy” yükləmə aerodromlarında yerləşdirilmişdi”, - məlumatda deyilir.

Nazirlik onu da bildiirb ki, əvvəllər Qazaxıstana gəlmiş bir qrup hərbçi qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibindən Rusiya sülhməramlılarının ilk bölmələri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana gəlib.

Rusiya sülhməramlılarının hərəkətlərini Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov idarə edəcək.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı