TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5891_b-st-kar-sevinc-tofiqqizinin-b-st-si-il-ibadimiz-v

TÜRKİYƏ

Hamısı

Bəstəkar Sevinc Tofiqqızının bəstəsi ilə "İbadımız var" klipi yayımlandı - VİDEO / TURKAZİNFO

(22 Gün, 17 Saat öncə) 529 İzlenme 0 Yorum
Bəstəkar Sevinc Tofiqqızının bəstəsi ilə "İbadımız var" klipi yayımlandı. Klip Milli Qəhrəman İbad Hüseynovə həsr olunub.

Qəhrəmanlar yetişdirən Azərbaycan, oğulların hər zaman uğrunda canlarını fəda etməyə hazır oldu. Sən canları və qanları ilə Qəhrəmanlıq  səlnaməsi yazan igidlərin yurdusan. Tarix yazan Qəhrəmanların bu Xalqın ürəyinə əbədi həkk oldu. O Qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovdur.  

 

- İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olub. Rusiyada Sovet ordusunda xidmət edən  İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıdır və  öz doğma Xocəvənd rayonuna gedərək orada yerli hərbi özünümüdafiə birləşmələri yaradır. O,  "kəşfiyyat-diversiya dəstəsi" yaradaraq erməni tərəfə keçir və düşməni  məhv edir. Düşmənin  çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirir. 26 dekabr 1993-cü ildə minaya düşərək ağır yaralanır və Hospitala yerləşdirilir. Hospitaldan çıxdıqdan dərhal sonra o yenidən cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. O, 9 oktyabr 1994-cü ildə  Azərbaycan Bayrağı Ordeni ilə təltif edilir.  2015-ci ildən 2018-ci ilədək bir çox təltiv və mükafatlara layiq görülüb.

 

Həmçinin 2015-ci ildən 2017-ci ilədək qardaş Türkiyənin bir çox vilayətlərində İbad Hüseynovun adına küçələr verilib. İbad Hüseynova həsr olunmuş bir çox filmlər çəkilmiş və nümaiş etdirilmişdir. Onun qəhrəmanlığını əks etdirən kitablar nəşr edilmiş, poemalar, romanlar və hekayələr yazılmışdır. 2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə ona  "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

 

Əməli fəaliyyəti ilə qəhrəmanlıq nümaiş etdirən Xanımlarımız da var. Vətənpərvər bəstəkar Sevinc Tofiqqızı bu dəfə bəstəsini Milli Qəhrəman İbad Hüseynova həsr etdi. Sözləri Xəlil Zeynallıya, ifası Xalq artisti Gülyanaq Məmmədovaya, bəstəsi Sevinc Tofiqqızına məxsus “İbadımız var” klipi artıq işıq üzü görüb. Klipdə Xalq artisti Nurəddin Mehdixanlıda yer alır. Milli Qəhrəmanımıza həsr olunmuş həmin klipi izləyicilərimizə təqdim edirik.

Rəhman Əhmədoğlu / ÜmidTv Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı