TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5873_razi-nurullayev-b-zi-kiv-numay-nd-l-rini-s-rt-t-nq

CƏMİYYƏT

Hamısı

Razi Nurullayev bəzi KİV nümayəndələrini sərt tənqid etdi

(25 Gün, 0 Saat öncə) 1,90 B İzlenme 0 Yorum
Razi Nurullayev bəzi KİV nümayəndələrini sərt tənqid etdi

Milli Cəbhə Partiyası (MCP) sədri, Millət vəkili Razi Nurullayev:
"Təəssüf edirəm ki, mətbuat dostlarımız da sensasiya axtarır, baxış, çox oxunma axtarır. Dünən mənim yaslarda iştirakımı da sensasiya ediblər. Onlar üçün yazdıqları şəxsin kimliyi, doğruluğu, yanlışlığı və digər keyfiyyətləri maraqlı deyil. Onlar üçün sensasiya lazımdır. Onların yazdıqları lap kiminsə ölümünə səbəb olsun, dəxli yoxdur. Amma, özlərinin quyruğu qapı arasında qalanda ilan dili çıxarırlar.

Bəziləri isə özlərinə çox güvənlidir, arxalarında yüksək çinli məmur dayanıb. A bala, kim dayanır dayansın, heç kim qanundan üstün deyil. Ayıb da olsa deyəcəm, "it qaya kölgəsində yatır, elə bilir ki, öz kölgəsidir".

Mən rayonda yaşı düşən ailəyə hər dəfə gedə bilmirəm, gərək onda rayona hər gün gedəm. Mən isə gedən zaman 10-15 ailəyə baş çəkirəm. Eləsi olur ki, artıq mərhumun 40 belə çıxıb. Məsələn, dünən Ağsaqqallar Şurasının sabiq sədri Bəşir Bəşirovu ziyarət etdim, həyat yoldaşının vəfatı ilə bağlı evində başsağlığı verdim. Yas mərasimi deyəndə o demək deyil ki, millət yığılıb, sən də gedib orada başsağlığı verirsən. Mən evlərə gedirəm və yaxınlarına başsağlığı verirəm. Məgər insanların evinə gedib başsağlığı vermək qanun pozuntusudur?

Mən, təəssüf ki, bütün yas yerlərinə gedib başsağlığı verməyə vaxt edə bilmirəm. Amma, yası düşən adama dəstək olmaq, başsağlığı vermək, dərdinə şərik olmaq mənəviyyat məsələsidir. Kimin mənəviyyatı kəsaddır, yaxud yoxdursa öz problemidir. Bəziləri şərh yazıb, bəziləri isə katolikdən çox katolik olub, onların hüzürü düşəndə, söz verirəm, başsağlığı verməyəcəm, özləri də aparıb ölülərini hörmətsiz şəkildə dəfn edərlər. Çünki, mənəviyyatları sıfırın altındadır."

TURKAZİNFO.com


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı