TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5867_fransada-siyasil-rin-qiyami-800-diplomatdan-makron

DÜNYA

Hamısı

Fransada “siyasilərin qiyamı” - 800 diplomatdan Makrona etiraz

(27 Gün, 4 Saat öncə) 283 İzlenme 0 Yorum
Fransada “siyasilərin qiyamı” - 800 diplomatdan Makrona etiraz

Fransanın xarici nümayəndəliklərində işləyən 800 yüksək vəzifəli diplomat Prezident Emmanuel Makronun siyasətindən narahatdır.

TURKAZİNFO.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyinin nəzdindəki iki qurumun ləğvi ilə diplomatlar öz işlərini tamamilə itirməyə hazırlaşırlar.

Makron ötən ilin aprelində ali dövlət xidmətlərinin yenidən təşkili ilə bağlı qərar imzalayıb, Fransanın xarici işlər üzrə məşvərət və səlahiyyətli departamentlərinin 2023-cü ildə bağlanacağını açıqlayıb.

Oktyabr ayında işlərini itirəcək diplomatlara yeni vəzifələrin veriləcəyi bildirilib.

Sözügedən kadrlara nazirliklər arasında keçid imkanı verilsə də, əvvəlki vəzifələrini itirəcək diplomatlar qərara etiraz edirlər.

“Le Monde” qəzetinə açıq məktub göndərən 150 diplomat deyib:

“Əgər bizə diplomat olaraq vəzifə verilibsə, bu, xaricdə işləmək üçündür. Bir gün Maliyyə Nazirliyində və ya Daxili İşlər Nazirliyində işləmək üçün yox”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı