TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5856_rus-ordusunun-s-r-ncamina-verildi-kosmosdaki-h-d-f

DÜNYA

Hamısı

Rus ordusunun sərəncamına verildi – Kosmosdakı hədəfi belə vura bilər

(1 Ay, 0 Gün öncə) 365 İzlenme 0 Yorum
Rus ordusunun sərəncamına verildi – Kosmosdakı hədəfi belə vura bilər

Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr yeni “S-550” hava hücumundan müdafiə sisteminin xidmətə girdiyini açıqlayıb.

TURKAZİNFO.com xəbər verir ki, TASS Rusiyanın ən qabaqcıl müdafiə sistemlərindən ilki olan “S-550”nin sınaqlarının uğurla tamamlandığını iddia edib.

“S-550” hava hücumundan müdafiə sistemi dövlət sınaqlarını uğurla başa çatdırıb. İlk “S-550” briqadası döyüş növbətinə başlayıb”, - Müdafiə Nazirliyinə yaxın olan adı açıqlanmayan mənbə TASS-a bildirib.

Mənbə yeni sistemi “kosmik gəmiləri, ballistik raketləri və on minlərlə kilometr yüksəklikdəki hipersəs hədəfləri vurmağa qadir olan tamamilə yeni və bənzərsiz mobil strateji raketdən müdafiə sistemi” kimi təsvir edib.

Onun sözlərinə görə, yeni sistem Rusiyanın “Pantsir” sistemlərindən, uzaqmənzilli “S-350”, “S-400” və “S-500” sistemlərindən və “S-550”-dən ibarət kompleks raket və hava hücumundan müdafiə sisteminin bir hissəsinə çevrilib.

Agentliyin məlumatına görə, rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.

“Rostek” dövlət texnologiya şirkətinin prezidenti Sergey Çemezov bundan əvvəl bildirib ki, “S-550” uzaqmənzilli hədəf aşkarlama qabiliyyətə malik olacaq.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı