TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5843_yunisef-d-m-fqanistanla-bagli-h-y-can-siqnali

DÜNYA

Hamısı

YUNISEF-dəm Əfqanıstanla bağlı həyəcan siqnalı

(1 Ay, 5 Gün öncə) 396 İzlenme 0 Yorum
YUNISEF-dəm Əfqanıstanla bağlı həyəcan siqnalı

Əfqanıstanda uşaqlar aclıq, qızılca, malyariya və pnevmoniya riski altındadır. Adekvat maliyyə ilə dəstəklənən təcili, razılaşdırılmış tədbirlər olmasa, bu ölkənin bir çox uşaqları gələn ilin yazınadək sağ qala bilməyəcəklər.

TURKAZİNFO.com xəbər verir ki, bu barədə YUNİSEF-in Əfqanıstandakı nümayəndəsi vəzifəsini icra edən Abdul Qadir Müsse xəbərdarlıq edib.

O, qeyd edib ki, qida çatışmazlığı, səhiyyə, əsas xidmətlərin pozulması və digər amillər əfqan uşaqlar arasında xəstəlik hallarının artmasına səbəb olub.

Ölkədəki vəziyyəti pandemiyanın, quraqlığın və görünməmiş ərzaq böhranının nəticələri daha da ağırlaşdırır.

Fondun əməkdaşları qeyd edirlər ki, Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi xüsusən uşaqlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması ilə müşayiət olunur.

Azyaşlı əfqanlar aclıq, qızılca, malyariya və pnevmoniya xəstəlikləri ilə üzləşiblər.

2021-ci ildə uşaqlar arasında qızılcaya yoluxanların sayı 66 mindən çox olub. Ölkədə kütləvi şəkildə diareya, malyariya və denge qızdırması qeydə alınıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı