TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5841_olk-mizin-agir-ill-rind-biz-ilham-liyevi-h-s-nquli

GÜNDƏM

Hamısı

Ölkəmizin ağır illərində biz İlham Əliyevi...” - Həsənquliyev

(1 Ay, 6 Gün öncə) 2,10 B İzlenme 0 Yorum
Ölkəmizin ağır illərində biz İlham Əliyevi...” - Həsənquliyev

“Bu gün həqiqətən də xalqımız üçün önəmli gündür. Ölkə prezidentinin 60 illik yubileyidir. Mən də hörmətli spikerin və həmkarlarımın təbriklərinə qoşuluram. Həqiqətən də dünyada yüzlərlə xalq var. Amma bu xalqların heç də hamısı hüquqi dövlət, mülki cəmiyyət qura bilməyib”.

TURKAZİNFO.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın ən ağır dövrlərində, müstəqillik dövrünün ilk illərində Heydər Əliyev böyük layihələrə imzalar atdı: “Ölkəmizin ağır illərində biz İlham Əliyevi Heydər Əliyevin silahdaşı kimi onun yanında gördük, neft və digər istiqamətlərdə onun böyük işlər həyata keçirdiyini müşahidə etdik. Sonrakı dövrdə bu addımların çox vacib olduğu ortaya çıxdı və bunun nəticələrini gördük”.

Q.Həsənquliyev qeyd edib ki, bu gün də dünyada gərginliyin olduğu, regionda çətin konyukturaların şərti altında İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativi yoxdur: “İnanıram ki, onun apardığı işlər, islahatlar uğurla nəticələnəcək, biz Xankəndidə dövlət suverenliyimizi təmin edəcəyik. Mən prezidenti, onun ailə üzvlərini təbrik edirəm. Əminəm ki, xalqımızın qarşıda duran çətin işləri birlikdə həll edəcək”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı