TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5828_abs-mu-mmali-100-milyardliq-yeyinti-pandemiya-qalm

DÜNYA

Hamısı

ABŞ müəmmalı 100 milyardlıq yeyinti - Pandemiya qalmaqalı

(1 Ay, 8 Gün öncə) 446 İzlenme 0 Yorum
ABŞ müəmmalı 100 milyardlıq yeyinti - Pandemiya qalmaqalı

ABŞ məxfi xidməti COVID-19 pandemiyası səbəbilə işlərini itirən insanlara və iş yerlərinə yardım üçün qurulan dəstək proqramlarından ən azı 100 milyard dolların oğurlandığını açıqlayıb.

TURKAZİNFO.com xəbər verir ki, pandemiya ilə əlaqəlar oğurluq faktlarını araşdıran məxfi xidmət koordinatoru Roy Dotson bu istiqamətdə ciddi iş getdiyini bəyan edib.

Epidemiya ilə bağlı dələduzluq faktlarını araşdıran komissiyaya rəhbərlik edən Roy Dotson verdiyi açıqlamada pandemiyadan əziyyət çəkənlərə yardım çərçivəsində edilən ödənişlərdə fırıldaqlıq aşkar edildiyini deyib.

Roy Dotson 3,4 trilyon dollarlıq dəstək proqramları çərçivəsində edilən ödənişlərin təxminən 3 faizində qanun pozuntuları olduğunu deyib.

Sözügedən faizin böyük hissəsinin işsizlik müavinətlərindən ibarət olduğu bildirilir. ABŞ Əmək Nazirliyi təxminən 87 milyard dollarlıq işsizlik müavinətinin düzgün ödənilmədiyini və böyük hissəsinin də saxtakarlıq hesab edilə biləcəyini qeyd edib.

Məxfi xidmətin işsizlik sığortası və kredit fırıldaqçılığı hallarını araşdırarkən 1,2 milyard dollar ələ keçirib və 2,3 milyard dollar saxta pulun geri qaytarıldığını açıqlayıb.

Bildirilib ki, epidemiya ödənişlərində fırıldaqçılıqla bağlı 900-dən çox aktiv araşdırma davam edir və indiyədək 100 nəfər həbs edilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı