TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5822_g-nc-oglan-narkotikin-t-siri-altinda-q-za-tor-tdi

GÜNDƏM

Hamısı

Gənc oğlan narkotikin təsiri altında qəza törətdi

(1 Ay, 9 Gün öncə) 2,08 B İzlenme 0 Yorum
Gənc oğlan narkotikin təsiri altında qəza törətdi

Cəlilabad rayonunda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.

TURKAZİNFO.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ-2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib.

Nəticədə daha 3 nəqliyyat vasitəsinə - “VAZ-21154”, “VAZ-21063” və “Mercedes-Benz” markalı avtomobillər ciddi ziyan dəyib.

E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı