TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5815_b-s-redaktor-baki-t-hsil-idar-sinin-mudirin-etiraz

CƏMİYYƏT

Hamısı

Bəş redaktor Bakı Təhsil İdarəsinin müdirinə etiraz etdi: "Bəsdirin nağıl danışdız!"

(1 Ay, 13 Gün öncə) 542 İzlenme 0 Yorum
Bəş redaktor Bakı Təhsil İdarəsinin müdirinə etiraz etdi: "Bəsdirin nağıl danışdız!"

TURKAZİNFO.com xəbər verir ki, BizimXeber MEDİA Mərkəzi MMC təsisçisi, BizimXeber.az saytının baş redaktoru Ədil Əlizadə sosial şəbəkədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya iradlarını bildirib. Baş redaktor yazır:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bu açıqlaması ilə bütün valideynləri təhqir edib. Diqqət edin!
"Valideyn-Müəllim Assosiasiyaları məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir".
Belə çıxır ki, valideynlər özü direktora yalvar-yaxar edir ki, sən allah bizdən pul yığın. Bu nə açıqlamadır, nə qanunsuzluqdur. Nə deməkdir bu? Nə danışır bu?

Bu adamlar görün nə gündədirlər ki, təkidlə "pulu gətirin" deyən direktoru cəzalandıra bilmirlər. Çünki pulun niyə yığıldığını əla bilirlər.

Çünki Bakı şəhər üzrə Təhsil İdarəsi məktəblərə bir lampa da vermir. Əl yumağa sabun belə yoxdur məktəblərdə. Məktəb tualetlərinin qapısı da yoxdur.

Ona görə də, direktora söz deyə bilmirlər. Direktor çıxar ifşa edər bunları ki, sizə verirəm yaxud, sizin etmədiyinizi edirəm. Pul yığıb süpürgə alıram, lampa alıram və sairə. İndi bildiz problem nədir?

İndi bildiz direktor o pulu cibi üçün yığımır. Direktora deyirlər, o məktəb o da sən. Pul alırsan, rüşvət yığırsan, biz bilmirik. Elə elə bizdən pol vedrəsi, şəlpə istəmə) Onlar da yalandan Valideyn-Müəllim Assosiasiyaları zadı yaradırlar ki, guya qanunidir. Bu Assosiasiyalara da savadsız və istifadə edən adamları qoyular ki, pul qamarlaya bilsin valideynlərdən. Dirənib alırlar. Valideyn də üzünün suyunu tökən bu adama 1-2 manat verir ki, əl çəksin. Polis və prokurorluq Assosiasiya deyilən bu nəsnə ilə mübarizə aparmalıdır. Faktiki rüşvət yığılır məktəblərdə. Mehriban Vəliyeva da buna QHT deyir) Vallah bu yekəlikdə idarənin rəhbəri belə savadsız və məntiqsiz danışırsa, görün direktorlar nə gündədir.

Vəziyyəti nazir də bilir, Mehriban Vəliyeva da. İndi də nə direktoru cəzalandıra bilirlər, nə də digərini. Cəzalandırsalar onda gərək direktora desinlər heç nə alma. Bu zaman da direktor deyəcək sinifləri silməyə pol şəlpəsini satmayın, verin məktəbə) Aləm dəyib bir birinə də təhsildə...

Mehriban Vəliyeva bu günə kimi hansı diektordan soruşub ki, bu pullar hara xərclənir? Nə alırsız bu pula?) Bəsdirin nağıl danışdız.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı