TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5814_ir-vanda-sok-turkiy-muzakir-si-ilin-sonunad-k-q-ra

DÜNYA

Hamısı

İrəvanda şok Türkiyə müzakirəsi: “İlin sonunadək qərar verəcəyik”

(1 Ay, 13 Gün öncə) 451 İzlenme 0 Yorum
İrəvanda şok Türkiyə müzakirəsi: “İlin sonunadək qərar verəcəyik”

Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyan Türkiyə mallarının bu ölkəyə idxalına qoyulan qadağanın müddətini uzatmaq qərarına gəlib.

TURKAZİNFO.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Kerobyanın təşəbbüsü Ermənistan parlamentinin hakim çoxluğu, o cümlədən Milli Məclisin İqtisadiyyat Komitəsi tərəfindən birmənalı qarşılanmayıb. Onlar Türkiyə ilə münasibətlərin normallaşdırılmasının gündəmdə olduğu bir vaxtda nazirin niyə belə bir qanun layihəsini irəli sürdüyünü anlamadıqlarını bildiriblər.

Vahan Kerobyan məsələ ilə əlaqədar “Hraparak”a açıqlamasında bu təşəbbüsünün hökumətin digər üzvləri tərəfindən birmənalı qarşılanmadığını deyib:

“Bu məsələ ilə bağlı geniş dialoq gedir və hakimiyyət və hakim siyasi qüvvə müxtəlif fikirlərin olduğunu gizlətmir. Biz bunu normal hesab edirik, çünki fərqli baxış nöqtələri, müxtəlif hesablamalar var. Çoxsaylı müzakirələr nəticəsində biz bu layihəni təsdiqləməsi üçün hökumətə təqdim etmişik. Hərtərəfli konsensusun olduğunu demək düzgün olmazdı. Düşünürəm ki, ilin sonuna kimi ortaq məxrəcə və müəyyən qərara gələcəyik”.

Jurnalist isə ona xatırladıb ki, Türkiyə mallarının idxalına qadağa hələ də qüvvədə olsa da, Ermənistanın bütün bazarlarında müxtəlif üsullarla və ya bəlkə də birbaşa idxal olunan türk malları var. O, tanınmış brendlərinin Ermənistanda sərbəst fəaliyyət göstərdiyini bildirib.

Nazir bu məsələnin də hökumətlə müzakirə olunduğunu söyləyib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı