TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5755_ag-evd-n-uygurlara-d-st-k-g-ldi-cini-boykot-ed-c-y

DÜNYA

Hamısı

Ağ Evdən uyğurlara dəstək gəldi: “Çini boykot edəcəyik...”

(1 Ay, 23 Gün öncə) 192 İzlenme 0 Yorum
Ağ Evdən uyğurlara dəstək gəldi: “Çini boykot edəcəyik...”

Ağ Ev Çinin Sincan-Uyğur Muxtar və digər bölgələrdə insan haqları pozuntularına görə Pekin Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot edəcəyini açıqlayıb.

TURKAZİNFO.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.

“Çinin Sincanda bəşəriyyətə qarşı törətdiyi cinayətlər və digər insan haqları pozuntuları səbəbindən 2022-ci il Pekin Qış Olimpiya Oyunları və Paralimpiya Oyunlarına heç bir diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcəyik”, - Psaki deyib.

Olimpiadaya gedəcək ABŞ idmançılarını tam dəstəklədiklərini vurğulayan Psaki ABŞ-ın insan haqlarını qorumaq üçün öhdəliyi olduğunu vurğulayıb.

Psaki Pekin Olimpiadası ilə bağlı boykot qərarının diplomatik müstəvidə olduğunu və idmançılara təsir etmədiyini, lakin bunun Çinin insan haqları pozuntularına qarşı sərt mesaj olduğunu bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı