TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5753_dsx-rovs-n-cahangirovu-c-zalandirdi

CƏMİYYƏT

Hamısı

DSX Rövşən Cahangirovu cəzalandırdı

(1 Ay, 23 Gün öncə) 237 İzlenme 0 Yorum
DSX Rövşən Cahangirovu cəzalandırdı

Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qulluqçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib.

TURKAZİNFO.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, DSX rəhbərliyi tərəfindən nəzakətsiz davranışına görə R.Cahangirov məzəmmət olunub.

Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan sərhədçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkətlər edib. O, jurnalistlərə qarşı kobudluq edib, onları əli ilə itələyib, media nümayəndələrinin çəkiliş aparmasına imkan verməyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən, hərbi intizamı və ictimai asayişi pozan zabitlər ictimai qaydada məzəmmət edilirlər. Məzəmmət töhmətdən əvvəl tətbiq edilən cəza növüdür.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı