TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5751_yardimli-sakini-mulkiyy-t-huquqlarinin-b-rpasi-ucu

REGİON

Hamısı

Yardımlı sakini mülkiyyət hüquqlarının bərpası üçün baş prokurorluğa və DTX-ya müraciət etdi

(1 Ay, 24 Gün öncə) 13,21 B İzlenme 0 Yorum
Yardımlı sakini mülkiyyət hüquqlarının bərpası üçün baş prokurorluğa və DTX-ya müraciət etdi

  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
   Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə 
   Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə
   Yardımlı rayon Bozayran kənd sakini Sadıyev Əkbər Səxavət oğlu tərəfindən
                       ƏRİZƏ
                                                    
  Möhtərəm cənab prezident, hörmətli baş prokuror, hörmətli Əli müəllim!
Yazaraq bildirirəm ki, mən uzun müddətdir ki, doğulub yaşadığım Yardımlı rayonu Bozayran kəndində yerləşməklə mənə məxsus olan həyətyanı 0,20 ha torpaq sahəsinə mülkiyyət hüquqlarımı təsdiq edəcək rəsmi dövlət sənədini ala bilmirəm. Dəfələrlə aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər etsəm də süründürməçilik və birokratiya ilə üzləşmişəm. 
Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 22 noyabr 2021-ci il tarixli məktubundan da aydın olur ki, sözügedən qurum uzun illərdir istifadəmdə olmuş və 05 may 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” bələdiyyə AKTı ilə rəsmi qaydada satın aldığım sözügedən torpaq sahəsinə ÇIXARIŞ sənədi verməkdən imtina edir. Təəssüf olsun ki, həyətyanı torpaq sahəmə bitişik olan torpaq sahəsinin vicdanlı və tək alıcısı olsam da, bələdiyyə qurumundan alıb həmin torpağı istifadə etməyimə baxmayaraq dövlət sənədini almağa nail ola bilmirəm. Hesab edirəm ki, mənə qarşı qərəzçiliyin kökündə məmurların maddi maraqları və savadsızlıqları dayanır.
Bildirim ki, mən öz evimi islahatdan əvvəl tikmişəm və həyətyanı sahəm 26 sot olub. Yardımlıda islahatlar zamanı həyətyanı torpaq sahəmdə və istifadəmdə olan sözügedən 0,20 ha torpaq sahəsini sənədə zəbt kimi qeyd ediblər. 2007-ci ildə isə bələdiyyənin alqı-satqısı əsasında həmin torpağı almışam. Bələdiyyə alqı-satqısı aparılarkən 2007-ci ildə mərhum Heydər Əliyevin fərmanı və digər qanunvericilik aktları nəzərə alınmışdır. Hesab edirəm ki, mənə çıxarış sənədinin verilməməsi tam qanunsuzdur, həmin torpaq sahəsi ilkin sənədləşmələrlə və faktiki olaraq mənim mülkiyyətim olduğundan dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahəsinin əkinəyararlı kənd təsərrüfatı təyinatlı olmasının bəhanə edilməsinin heç bir hüquqi əsası yoxdur. 
Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, rayonda əkinəyararlı torpaq sahələrinin Nazirlər Kabineti tərəfindən təyinatı dəyişdirilmədən vətəndaşlara satılması, qanunsuz evlərin tikilməsinə münbit şəraitin yaradılması prosesi mövcuddur. Bələdiyənin örüş – otlaq sahələlərinin özəlləşdirilməsi və ya icarəyə verilməsi kimi özbaşınalıqlara da rast gəlinir. Kilagoru adlanan rayon mərkəzinə gələn yolun sağ və sol hissələri də əkin sahələri olsa da ev yeri kimi paylanıb talanmaqdadır. Ərazidə evlər tikilib və bu gün də qanunsuz yolla işlər davam etdirilir. Biləzəmi adlanan yer də əkin torpağıdır, lakin, oranı da rayonun baş bilənləri yaşayış məhəllələrinə çeviriliblər. Maraqlı odur ki, həmin evlərə çıxarış sənədləri paylayanlar mənim halal yerimə sənəd verməkdən asanlıqla imtina edə bilirlər. Bu hal da korrupsiya və rüşvət faktının olduğunu, mənim hüquqlarımın bilərəkdən pozulduğunu göstərən haldır.
Beləliklə, yuxarıda sadalanları və mülkiyyət hüquqlarımın pozulduğunu nəzərə alaraq, SİZLƏRDƏN XAHİŞ EDİRƏM:
Sadalanan halların araşdırılmasını, eləcə də təqdim etdiyim sənədlər əsasında mülkiyyətimdə olan məlum torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ÇIXARIŞ sənədinin verilməsini təmin edəsiniz.

Hüquqşunas Vüqar Dadaşov un rəyi.   

   Əkbər Sadiyevin Baş Prokurorluğuna müraciətinin mahiyyətindən görünür ki, vətəndaş sözü gedən torpaq ərazisini yerli Bələdiyyədən alqı-satqı müqaviləsinə əsasən 07.05.2007-ci il tarixdə əldə edib. Yəni həmin dövrdə mövcud qanunvericiliyə uyğun olaraq Bələdiyyələr mülkiyyətində olan torpaq sahələrini alqı-satqı müqaviləsi ilə satmaq hüququna malik idilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ qanuna Milli Məclisin 2007-ci il 23 oktyabr tarixində etdiyi və prezident fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarından istifadə - onların hüquqi və fiziki vətəndaşlar tərəfindən alınması, icarəyə, yaxud istifadəyə götürülməsi mümkün deyil və bələdiyyələr torpaqla bağlı hər hansı bir sərəncam verə bilməzlər. Yəni bələdiyyələrin torpaqla bağlı sərəncam vermək hüququ artıq dondurulub. Göründüyü kimi, vətəndaş Əkbər Sadiyev həmin torpaq sahəsini yeni qanun qəbul olunana qədər əldə edib və yuxarıda qeyd etdiyimiz qanunun hansı ki, 01.01.2008-ci il tarixdən qüvvəyə minib, bu qanun tələbləri Əkbər Sadiyevin 07.05.2007-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə etdiyi sözü gedən torpaq sahəsinə qarşı tətbiq edilə bilməz. Hüququn fundamental prinsiplərin biri qanunun geriyə qüvvəsinin olmamasıdır. Ona görə də 8 saylı Regional bölmənin imtinası tam əsasız və hüquqa ziddir.
              
            İMZA:Sadiyev Əkbər Səxavət oğlu 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı