TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5749_rusiya-yaxinliginda-riskli-manevr-moskva-nota-verm

DÜNYA

Hamısı

Rusiya yaxınlığında riskli manevr: Moskva nota verməyə hazırlaşır

(1 Ay, 24 Gün öncə) 124 İzlenme 0 Yorum
Rusiya yaxınlığında riskli manevr: Moskva nota verməyə hazırlaşır

ABŞ kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində Rusiyanın sərnişin təyyarəsinə yaxınlaşmasına görə nota veriləcəyi bildirilib.

TURKAZİNF.com xəbər verir ki, Moskva NATO-nun missiyası çərçivəsində uçan ABŞ kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində Rusiya sərnişin təyyarəsinə yaxınlaşdığını iddia edib.

Rusiya Federal Aviasiya Agentliyindən verilən açıqlamada ABŞ-a məxsus “Artemis CL-600” tipli kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində uçuşu zamanı içində 142 sərnişini olan Rusiyanın “Aeroflot” aviaşirkətinin sərnişin təyyarəsinə yaxınlaşdığını bildirib.

Qeyd olunub ki, Rusiyanın gördüyü tədbirlər sayəsində mümkün faciənin qarşısı alınıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qara dənizdəki olayla bağlı etiraz notası veriləcəyini açıqlayıb.

Rusiya nəzarət mərkəzinin zabitlərinin bütün xəbərdarlıqlarına baxmayaraq ABŞ təyyarəsindən cavab gəlmədiyini deyən Zaxarova qeyd edib:

“Əgər Qara dəniz üzərindəki baş verə biləcək faciənin qarşısı alınıbsa, bu o demək deyil ki, ABŞ və NATO insanların həyatını riskə ata biləcək davranışlara davam edə bilər. Uçuşların Qara dəniz bölgəsində mülki təyyarələrin təhlükəsizliyi üçün risk yaratdığını nəzərə alaraq, Rusiya diplomatik kanallar vasitəsilə etirazını bildirəcək”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı