TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5747_iranla-az-rbaycan-arasinda-ticar-t-dovriyy-si-sur-

İQTİSADİYYAT

Hamısı

İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü

(1 Ay, 24 Gün öncə) 84 İzlenme 0 Yorum
İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü

Cari İran ilinin ilk altı ayı ərzində (2021-ci il martın 21-dən sentyabrın 22-dək) ​​ötən İran ilin eyni dövrü ilə müqayisədə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi dəyər baxımından 22,9 faiz, həcm baxımından isə 19,7 faiz artıb.

TURKAZİNFO xəbər verir ki, bu barədə İran Gömrük İdarəsinin (IRICA) mətbuat katibi Ruhullah Lətifi bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında ticarət dövriyyəsi 6 ay ərzində 234 milyon dollar dəyərində 403 min ton təşkil edib:

"Belə ki, altı ayda İrandan Azərbaycana təqribən 212 milyon dollar dəyərində 389 min ton mal ixrac edilib ki, bu da ötən İran ilinin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18 faiz, həcm baxımından isə 21,6 faiz çoxdur. Eyni zamanda, ötən İran ilinin eyni dövründə bu rəqəm 179 dollar dəyərində təxminən 320 min ton mal təşkil edib".

R.Lətifi qeyd edib ki, İran Azərbaycana əsasən kimyəvi məhsullar, tikinti materialları, kənd təsərrüfatı məhsulları və s. ixrac edir.

R.Lətifi həmçinin bildirib ki, İran Azərbaycandan 6 ay ərzində 22,7 milyon dollar dəyərində 13 min 500 ton mal idxal edib ki, bu da ötən İran ilinin eyni dövrü ilə müqayisədə dəyər baxımından 102 faiz çox, həcm baxımından isə 16 faiz azdır:

"Eyni zamanda, ötən İran ilinin eyni dövründə İran 11,2 milyon dollar dəyərində 16,2 min ton mal idxal edib".

Gömrük nümayəndəsi vurğulayıb ki, qeyd olunan müddətdə İran Azərbaycandan əsasən avadanlıq və ehtiyat hissələri, ərzaq məhsulları və tekstil məhsulları idxal edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı