TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5742_g-nc-cayin-sag-sahili-hansi-saslarla-satilir-niyaz

REGİON

Hamısı

Gəncəçayın sağ sahili hansı əsaslarla satılır? Niyazi Bayramov sələfinin yolunu gedir

(1 Ay, 27 Gün öncə) 90 İzlenme 0 Yorum
Gəncəçayın sağ sahili hansı əsaslarla satılır? Niyazi Bayramov sələfinin yolunu gedir

Gəncənin icra başçısı Niyazi Bayramov da sələfi Elmar Vəliyevin yolunu gedir. Elmar Vəliyev işlədiyi dönəmdə şəhərdə haranı görürdüsə qanunsuz sərəncamlarla satırdı. Şəhərin Kəpəz və Nizami rayonlarının icra başçıları da ona qoşulmuşdular. İndi isə yeni mer şəhərsalma və arxitektura normalarını zorlayaraq bir az da irəli gedib qanunvericiliyin müəyyən tələblərinə riayət etmədən Gəncənin tam mərkəzində, Bayraq Meydanı ilə üzbəüz olan Gəncəçayın sağ sahilini satıb. Çay sahilinin ətrafında bir müddətdir ki, əzəmətli ticarət mərkəzinin tikintisi aparılır.                                                           TURKAZİNFO.com : Şəhər sakinləri bildiriblər ki, çayın sağ sahilində, qorunma zolağında reallaşdırılan tikilinin əsl sahibi Niyazi Bayramovun dostu, eyni zamanda həmkarı, Balakənin hazırki icra başçısı İslam Rzayevdir.

Xatırlatma edək ki, Gəncədə mövcud olan körpülərin təmir-bərpasına, eləcə də Gəncə çayının sağ və sol sahillərində sel və daşqınların qarşısının alınması məqsədilə bəndbərkitmə işlərinə dəfələrlə dövlət vəsaitləri ayrılıb. 

 Niyazi Bayramov Gəncəyə rəhbər gəlişinin ardından, Prezidentin 19 may 2019-cu il tarixli sərəncamı ilə Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manatın ayrılması da diqqət çəkir.

Maraqlıdır ki, həmin sərəncamdan irəli gələn məsələlərin həllini tam şəkildə reallaşdırmayan, milyonlarla vəsaitin müqabilində hələ də şəhərin yararsız körpü mühitini “qoruyub” saxlayan Niyazi Bayramov necə belə asanlıqla körpünün ətrafını və çay məcrasını tikiliyə qərq edə bilir. 

İnanırıq ki, sözügedən məsələ barədə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi məntiqli açıqlama yaya biləcək...

Mənbə Demokratik.Az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı