TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5732_eld-niz-s-limovun-m-hk-m-sin-jurnalistl-r-buraxilm

CƏMİYYƏT

Hamısı

Eldəniz Səlimovun məhkəməsinə jurnalistlər buraxılmadı

(2 Ay, 1 Gün öncə) 698 İzlenme 0 Yorum
Eldəniz Səlimovun məhkəməsinə jurnalistlər buraxılmadı

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

TURKAZİNFO xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hafiz Əliyevin sədrliyi ilə baş tutan açıq məhkəmə iclasına media nümayəndələri buraxılmayıb.

Sumqayıt Məhkəmə Kompleksinin binasında baş tutan iclasdan öncə polis postundan məhkəmə sədrinin göstərişi ilə jurnalistlərin prosesə girməsinə qadağa qoyulduğunu bildirilib.

Göstəriş koronavirus pandemiyası ilə əlaqədardır.

Hazırda proses davam edir.

İttihama görə, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı