TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5730_tiflisd-qapali-m-hk-m-saakasvili-muhakim-olunur

DÜNYA

Hamısı

Tiflisdə qapalı məhkəmə: Saakaşvili mühakimə olunur

(2 Ay, 1 Gün öncə) 696 İzlenme 0 Yorum
Tiflisdə qapalı məhkəmə: Saakaşvili mühakimə olunur

Bu gün Tiflis şəhər məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsən ilk dəfə iştirak etdiyi məhkəmə prosesi başlayıb.

TURKAZİNFO xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Son səkkiz il ərzində, Saakaşvili Gürcüstanda olmayanda hökumət ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı ittihamlar irəli sürüb. Nəticədə qiyabi məhkəmələrdə Saakaşvili təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Saakaşviliyə qarşı daha iki cinayət işi başlanıb.

Bugünkü məhkəmə prosesi 7 noyabr 2007-ci il işi ilə bağlıdır. Mixail Saakaşvili və onun nazirlər kabinetinin üzvləri David Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, habelə kütləvi qırğına çevrilmiş xüsusi əməliyyat keçirməkdə ittiham olunurlar.

İşə üç hakimdən ibarət kollegiya baxır.

İclas Gürcüstanın İctimai Televiziyası istisna olmaqla, bütün KİV-lər üçün qapalı keçirilir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 25 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı