TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5699_pasinyandan-s-rh-dl-bagli-kritik-q-rar-dekrabrin-1

DÜNYA

Hamısı

Paşinyandan sərhədlə bağlı kritik qərar: Dekrabrın 15-də rəsmən açıqlanacaq

(13 Gün, 2 Saat öncə) 588 İzlenme 0 Yorum
Paşinyandan sərhədlə bağlı kritik qərar: Dekrabrın 15-də rəsmən açıqlanacaq

"Soçi görüşündə Azərbaycan və Ermənistan liderləri arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı bir sıra məqamlar razılaşdırıla bilər”.

TURKAZİNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.

Qəzet liderlərin Soçi görüşündən sonra - dekabrın 15-də Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşəcəyini bildirib:

“Bu görüş ərəfəsində məlum oldu ki, noyabrın 26-da liderlərin Soçidə təşəbbüskarı Rusiya prezidenti olan üçtərəfli görüş baş tutacaq.

Məlumat var ki, Soçidə tərəflər delimitasiya və demarkasiya üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gəliblər. Yeri gəlmişkən, bunu mətbuat konfransı zamanı Nikol Paşinyan da təsdiqləyib.

İmzalanacaq potensial sənəddə qeyd olunacaq ki, Ermənistan və Azərbaycan komissiya formalaşdıraraq delimitasiya və demarkasiya üzərində işləməyə başlayırlar.

Mənbələrimizin məlumatına görə, bu günlərdə Nikol Paşinyan komissiyaya daxil ediləcək şəxslərin ilkin siyahısını artıq hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Əslində, ekspert dairələrinin fikrincə, bu Brüssel görüşü əsasən protokol xarakteri daşıyacaq, çünki əsas məsələlər Soçidə həll olunacaq”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı