TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5695_turkiy-ucun-tarixi-gun-rdoganla-gorusm-k-ucun-anka

TÜRKİYƏ

Hamısı

Türkiyə üçün tarixi gün: Ərdoğanla görüşmək üçün Ankaraya gəlir

(14 Gün, 3 Saat öncə) 753 İzlenme 0 Yorum
Türkiyə üçün tarixi gün: Ərdoğanla görüşmək üçün Ankaraya gəlir

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.

TURKAZİNFO xəbər verir ki, səfər Ərdoğan və əl-Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olacaq.

Avqustun 31-də telefonla danışan Prezident Ərdoğan və şahzadə ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün üzbəüz görüşəcək.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə edilməsi gözlənilir.

Qətər böhranı, 15 iyul dövlət çevrilişi cəhdi və mafiya lideri Sedat Pekerin BƏƏ-yə gedişi ilə gərginləşən Türkiyə-BƏƏ münasibətləri Xarici işlər naziri Mövlud Çavuşoğlunun həmkarı ilə telefon danışığından sonra yumşalmağa başlayıb.

Xarici işlər nazirlərinin görüşündən sonra diplomatik gediş Prezident Ərdoğanın avqustun 18-də BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed əl-Nəhyanı qəbul etməsi ilə davam edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı