TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5686_samaxi-polisinin-sabiq-r-is-muavinin-hokm-oxundu

GÜNDƏM

Hamısı

Şamaxı polisinin sabiq rəis müavininə hökm oxundu

(15 Gün, 23 Saat öncə) 5,69 B İzlenme 0 Yorum
Şamaxı polisinin sabiq rəis müavininə hökm oxundu

Dələduzluqda təqsirləndirilən Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini, polis polkovniki Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.TURKAZİNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hüseyn Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Hüseyn Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb.

Hüseyn Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib.

Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib.

Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə Hüseyn Muradxanov həyat yoldaşından boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib.

Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadıb və 180 min manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən Hüseyn Muradxanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı