TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5685_ilham-liyev-kamboca-s-firini-q-bul-etdi-foto-yeni

GÜNDƏM

Hamısı

İlham Əliyev Kamboca səfirini qəbul etdi - Foto/Yeni

(15 Gün, 23 Saat öncə) 5,69 B İzlenme 0 Yorum
İlham Əliyev Kamboca səfirini qəbul etdi - Foto/Yeni

Prezident İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

TURKAZİNFO xəbər verir ki, səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Kombocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlət başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlət başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb.

Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş edib.

Səfir Kim Henq Meas iki ölkə arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı