TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5684_fransadan-az-rbaycana-qarsi-t-xribat-parisl-laq-l-

GÜNDƏM

Hamısı

Fransadan Azərbaycana qarşı təxribat: “Parislə əlaqələr dayandırılmalıdır”

(15 Gün, 0 Saat öncə) 1,69 B İzlenme 0 Yorum
Fransadan Azərbaycana qarşı təxribat: “Parislə əlaqələr dayandırılmalıdır”

"İndiki şəraitdə Fransa ilə diplomatik münasibətlərin müvəqqəti olaraq dayandırılmasına ehtiyac var”.

TURKAZİNFO xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Fransa tərəfinin Azərbaycana qarşı son təxribatçı addımına diqqət çəkib:

“Separatçıların Fransa senatına dəvət edilmələri dekabrın 15-də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçiriləcəyi ehtimal olunan görüş öncəsi rəsmi Bakıya təzyiq xarakteri daşıyır. Rəsmi Paris bu təxribat xarakterli addımla görüşdə müzakirə olunması gözlənilən mövzuların istiqamətini indidən müəyyənləşdirməyə çalışır.

Bu addım, şübhəsiz ki, təkcə rəsmi Bakıya yox, eyni zamanda Avropa İttifaqının təşəbbüsünə qarşı yönəlib. Fransa senatının, həm də senatdakı çoxluğun formalaşdırdığı hökumətin bu təxribatının Brüssel görüşünün baş tutmamasına gətirib çıxara bilər ki, bu da Avropa İttifaqının bölgədəki maraqlarına ciddi zərbə vura bilər.

Bu arada, indiyədək işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etməkdən müxtəlif bəhanələrlə yayınan Fransa səfirinin birdən-birə Ağdama getməsi də, senatdakı təxribatın arxasında Fransa hökumətinin dayandığını təsdiqləyir. Fransa səfirinin Ağdama səfəri separatçılarla bağlı təxribatın qarşılığında rəsmi Bakının reksiyanının mümkün qədər yumşalmasına xidmət edir və balansyaratmaya uğursuz cəhd kimi də qiymətləndirilə bilər”.

Elçin Mirzəbəyli hesab edir ki, indiki şəraitdə Fransa ilə diplomatik münasibətlərin müvəqqəti olaraq dayandırılmasına ehtiyac var: “Mümkün olacağı təqdirdə, Azərbaycan Türkiyə və Pakistanla birlikdə Fransadakı səfirlərini geri çağırmalıdır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı