TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5683_erm-nistanda-mu-llim-pasinyanin-q-tlin-cagiris-etd

DÜNYA

Hamısı

Ermənistanda müəllim Paşinyanın qətlinə çağırış etdi

(16 Gün, 3 Saat öncə) 585 İzlenme 0 Yorum
Ermənistanda müəllim Paşinyanın qətlinə çağırış etdi

Ermənistanda orta məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur.

TURKAZİNFO xəbər verir ki, bu barədə məlumat “Datalex.am” məhkəmə informasiya sistemində dərc edilib.

Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs İrəvanın 129 nömrəli məktəbinin tarix müəllimi Akop Qriqoryandır. Onun baş nazirin siyasəti ilə razılaşmadığı və fərqli siyasi baxışlarının olduğu qeyd edilir.

Məlumata görə, Akop Qriqoryan 7-ci sinifin şagirdlərinə dərs keçərkən Nikol Paşinyanın öldürülməsinə, ailə üzvlərinin meydanda yandırılmasına çağırışlar edib. A.Qriqoryana qarşı Ermənistanın Cinayət Məcəlləsinin 262.2 maddəsi (zorakılığa ictimai çağırış və zorakılığa ictimai bəraət və ya təbliğat maddələri üzrə) üzrə cinayət işi açılıb.

Cinayət işi üzrə məhkəmə noyabrın 24-də keçiriləcək.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı