TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5674_iran-ev-heyvanlari-saxlamagi-it-g-zdirm-yi-qadagan

DÜNYA

Hamısı

İran ev heyvanları saxlamağı, it gəzdirməyi qadağan edəcək

(17 Gün, 13 Saat öncə) 606 İzlenme 0 Yorum
İran ev heyvanları saxlamağı, it gəzdirməyi qadağan edəcək

İran parlamenti ölkədə ev heyvanları saxlamağı və it gəzdirməyi qadağan edən qanunun qəbulu üçün hərəkətə keçib.

TURKAZİNFO xəbər verir ki, qüvvəyə minəcək yeni qanuna görə, it saxlayan və gəzdirənlər külli miqdarda cərimə olunacaqlar.

Qanun layihəsinə əsasən, müvafiq orqanlar itləri daşıyan nəqliyyat vasitələrini üç ay müddətinə müsadirə edəcəklər. Həmçinin, ev sahiblərinə it və pişik saxlayanlara mənzil kirayə verməyi yasaqlayacaq.

İslamda evdə it saxlamaq murdar sayılır, İranda din xadimləri bütün ev heyvanlarına qarşı sərt mövqe tuturlar. Onlar həmçinin güman edirlər ki, gəzən itlər ictimaiyyət arasında panika yaradır.

İslami Qaydalar və Mədəniyyət Nazirliyi 2010-cu ildə ev heyvanları və onlarla bağlı məhsulların reklamını qadağan edib. Beş il əvvəl parlamentə it sahiblərinin cərimələnməsi və ya şallaqlanması ilə bağlı qanun layihəsi təqdim edilmişdi.

İranda itlərin ev heyvanı kimi saxlanması 1979-cu il İslam İnqilabından bəri mübahisəli məsələ olub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı