TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5672_mudafi-naziri-irani-h-d-l-di-danisiqlar-n-tic-verm

DÜNYA

Hamısı

Müdafiə naziri İranı hədələdi: “Danışıqlar nəticə verməsə...”

(17 Gün, 14 Saat öncə) 724 İzlenme 0 Yorum
Müdafiə naziri İranı hədələdi: “Danışıqlar nəticə verməsə...”

“Birləşmiş Ştatlar və tərəfdaşları İranla beynəlxalq nüvə müqaviləsinə qayıtmaq üçün xoş niyyətlə Vyana danışıqlarına qayıdırlar, amma Tehranın son aylardakı davranışları ürəkaçan deyil”.

TURKAZİNFO xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“Gələn həftə İranın dialoq qrupu Vyana danışıqlarına qayıtmalıdır. Biz və tərəfdaşlarımız də xoş niyyətlə bu dialoqa qayıdırıq. Amma İranın son aylardakı davranışları, xüsusilə nüvə proqramının inkişafı kontekstində ürəkaçan deyil”, - nazir bildirib.

Ostin xəbərdarlıq edib ki, əgər diplomatiya nəticə verməsə, ABŞ İranın nüvə təhlükəsinin qarşısını almaq üçün alternativ yolları nəzərdən keçirməyə hazırdır:

“Biz nüvə probleminin diplomatik yolla həllinə sadiq qalırıq, amma İran buna hazır deyilsə, biz ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi variantları nəzərdən keçirəcəyik”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı