TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5665_anama-minaya-dus-n-m-kdasi-il-bagli-m-lumat-yaydi

HADİSƏ

Hamısı

ANAMA minaya düşən əməkdaşı ilə bağlı məlumat yaydı

(18 Gün, 23 Saat öncə) 636 İzlenme 0 Yorum
ANAMA minaya düşən əməkdaşı ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

Bu barədə TURKAZİNFO ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 19 noyabr 2021-ci il tarixində V.Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

Hadisədən dərhal sonra Vaqif Babayev helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

Vaqif Babayev 2014- cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı