TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5663_at-t-in-daimi-surasina-erm-nistanin-t-xribatlari-b

GÜNDƏM

Hamısı

ATƏT-in Daimi Şurasına Ermənistanın təxribatları barədə məlumat verildi

(18 Gün, 2 Saat öncə) 631 İzlenme 0 Yorum
ATƏT-in Daimi Şurasına Ermənistanın təxribatları barədə məlumat verildi

Ermənistanın beynəlxalq pozuntularına baxmayaraq, münaqişədən sonrakı reallıqlar sülh yaratmaq, sabitliyi gücləndirmək, dinc birgəyaşayışı bərpa etmək, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoymaq üçün unikal imkan yaradır.

TURKAZİNFO xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin noyabrın 18-də qurumun Daimi Şurasının iclasında oxunan bəyanatında deyilir.

Nümayəndəlik münaqişədən sonrakı mərhələdə ATƏT və onun strukturlarının bütün səylərinin regionda sülhün, etimadın və sabitliyin möhkəmləndirilməsi məqsədilə üçtərəfli bəyanatın tam həyata keçirilməsinə və tərəflərlə praktiki qarşılıqlı fəaliyyətin dəstəklənməsinə yönəldilməli olduğuna qəti inamını ifadə edib.

Qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanınma və ona hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalamaqla Ermənistanla barışığa və dövlətlərarası münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Bu yaxınlarda Nyu York, Minsk və Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan fikir mübadiləsi də Azərbaycanın buna hazır olduğunu nümayiş etdirib.

ATƏT Daimi Şurasına həmçinin son günlər Ermənistanın törətdiyi bir sıra təxribatlar, o cümlədən Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazisinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhəddə həyata keçirdikləri hücumlar barədə də məlumat verilib.

“Regionda vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür”, - nümayəndəlikdən bildirilib. Əlavə edilib ki, Ermənistanın son təxribatları üçtərəfli bəyanatın tam icrasının təmin edilməsinin təcili zərurətindən xəbər verir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı