TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5661_rusiya-turkiy-y-qeyri-r-smi-embarqo-qoydu-s-rh-dd-

DÜNYA

Hamısı

Rusiya Türkiyəyə qeyri-rəsmi embarqo qoydu – Sərhəddə gərginlik

(18 Gün, 3 Saat öncə) 584 İzlenme 0 Yorum
Rusiya Türkiyəyə qeyri-rəsmi embarqo qoydu – Sərhəddə gərginlik

Türkiyənin pomidor başda olmaqla təzə meyvə-tərəvəz ixrac etdiyi ölkələrdən biri olan Rusiya 2015-ci ildəki təyyarə gərginliyi səbəbindən pomidor alışını dayandırmışdı, 1 noyabr 2017-ci il tarixindən etibarən isə 50 min tonluq kvota tətbiq etməyə başlayıb.

TURKAZİNFO xəbər verir ki, pomidora kvota tətbiq edən Rusiya bu dəfə analiz tələbini şərti üzüm, bibər, gavalı, nar və balqabaq məhsullarına tətbiq edir.

Həftələrlə aparılan analizlərə görə sərhəd qapısında gözlədilən məhsular çürüyür.

Məsələ ilə bağlı “Habertürk”-ə açıqlama verən meyvə-tərəvəz ixracatçısı Əli Uçar bildirib ki, Rusiya Türkiyəyə qeyri-rəsmi embarqo qoyub: “20 gündür sərhəddə gözləyən minlərlə TIR var”.

“Rusiya səndən məhsul almayacağam” demir. “Alacağam” deyirlər, amma qapıda gözlədirlər. Bizə qeyri-rəsmi embarqo qoyurlar. Hər gün yeni analiz tələbi irəli sürürlər. Tonlarla məhsul gömrükdə çürüyür”, - Uçar bildirib.

Onun sözlərinə görə, Türkiyədə lazımi analiz sənədləri aldıqları təqdirdə, Rusiya son 15 gündə hər məhsuldan analizlər almağa başlayıb.

O, Rusiya sərhədində mindən çox yük maşının gözlədiyini deyib: “Bəzən heç bir analiz belə almadan onları sərhəddən Türkiyəyə geri göndərirlər”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı