TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5657_niderlandda-polis-aksiyacilara-at-s-acdi-x-sar-t-a

DÜNYA

Hamısı

Niderlandda polis aksiyaçılara atəş açdı - xəsarət alanlar var

(18 Gün, 5 Saat öncə) 663 İzlenme 0 Yorum
Niderlandda polis aksiyaçılara atəş açdı - xəsarət alanlar var

Niderlandın Rotterdam şəhərində baş verən iğtişaşlar zamanı azı 7 nəfər yaralanıb.

TURKAZİNFO xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NTK) şəhərin meri Əhməd Abutalibə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, polisin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb, qarşıdurmalar zamanı habelə bir neçə polis əməkdaşı da xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azı 20 nəfəri saxlayıb. Abutalibin sözlərinə görə, hazırda polis şəhərin mərkəzinə nəzarəti bərpa edib.

Cümə gecəsi Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı keçirilən nümayiş iğtişaşlara çevrilib, nəticədə bir neçə yüz adam polis əməkdaşlarına daş və fişəng atıb. Azı dörd polis maşını yandırılıb.

Etirazlara səbəb hökumətin koronavirus məhdudiyyətləri və digər tədbirləridir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı