TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5656_abs-v-turkiy-prezidentl-rinin-kom-kcil-ri-qarabagi

DÜNYA

Hamısı

ABŞ və Türkiyə prezidentlərinin köməkçiləri Qarabağı müzakirə etdilər

(18 Gün, 4 Saat öncə) 608 İzlenme 0 Yorum
ABŞ və Türkiyə prezidentlərinin köməkçiləri Qarabağı müzakirə etdilər

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.

TURKAZİNFO xəbər verir ki, danışıqlarda Romada keçirilən "Böyük İyirmilik" (G20) ölkələrinin sammitində Türkiyə və ABŞ prezidentləri arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları müzakirə edilib.

Telefon söhbəti zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər (Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmə qarşı mübarizə, Liviyadakı siyasi proseslər və seçkilər, Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginlik) müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün və sabitliyin daimi olması ilə bağlı müzakirələr aparıblar.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı