TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5654_turkiy-nin-novb-ti-suni-peykini-kosmosa-gond-ril-c

MARAQLI

Hamısı

Türkiyənin növbəti süni peykini kosmosa göndəriləcək

(18 Gün, 14 Saat öncə) 1,12 B İzlenme 0 Yorum
Türkiyənin növbəti süni peykini kosmosa göndəriləcək

Türkiyənin peyk-rabitə şəbəkəsi günü-gündən inkişaf edir. Qardaş ölkənin istehsalı tamamlanan “TürkSAT 5B” süni peyki bu ilin dekabr ayında kosmosa göndəriləcək. Bununla da Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.

TURKAZİNFO xəbər verir ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılacaq. Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələr də daxil olmaqla geniş əhatə dairəsində xidmət göstərəcək.

“TürkSAT 5B”nin manevr ömrünün 35 ildən çox olacağı ehtimal edilir. Peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılacaq.

Xatırladaq ki, “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı