TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5652_bayden-s-lahiyy-tl-rini-vitse-prezident-ver-c-k

DÜNYA

Hamısı

Bayden səlahiyyətlərini vitse-prezidentə verəcək

(19 Gün, 17 Saat öncə) 683 İzlenme 0 Yorum
Bayden səlahiyyətlərini vitse-prezidentə verəcək

ABŞ Prezidenti Co Bayden cümə günü xəstəxanada anesteziya altında olduğu müddətdə səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Xarrisə verəcək.

TURKAZİNFO CNN-ə istinadla xəbər verir, bunu Ağ evin mətbuat katibi Cen Psaki bildirib. Onun sözlərinə görə, prezident xəstəxanada kolonoskopiya olunacaq.

Bu, Bayden administrasiyasının hakimiyyətə gəlməsindən bəri ilk belə haldır.

“Prezident bu gün səhər Uolter Rid tibb mərkəzində planlı tibbi baxışdan keçəcək, orada ona kolonoskopiya ediləcək. ABŞ konstitusiyasında müəyyən edilmiş prosedura uyğun olaraq, Prezident Bayden anesteziya altında olduğu zaman səlahiyyətlərini qısa müddətə vitse-prezidentə verəcək”, - xanım Psakinin yazılı bəyanatında belə deyilir.

O, həmçinin qeyd edib ki, günün ikinci yarısında Ağ ev tibbi müayinənin nəticələrinə əsasən dövlət başçısının sağlamlıq vəziyyəti barədə yazılı hesabat dərc edəcək.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı