TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5648_s-rh-dd-subh-li-h-rbi-f-alliq-nato-rus-t-hluk-si-i

DÜNYA

Hamısı

Sərhəddə şübhəli hərbi fəallıq – NATO rus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

(19 Gün, 18 Saat öncə) 673 İzlenme 0 Yorum
Sərhəddə şübhəli hərbi fəallıq – NATO rus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

NATO baş katibi Yens Stoltenberq Almaniya Kansleri Angela Merkellə Berlində keçirdiyi birgə mətbuat konfransında alyansın Ukrayna sərhədindəki vəziyyəti diqqətlə izlədiyini bildirib.

TURKAZİNFO xəbər verir ki, Stoltenberq Rusiya ilə gərginlikdə Kiyevi dəstəkləməyə davam edəcəklərini açıqlayıb.

“Rusiya Ukrayna sərhədləri yaxınlığında böyük sayda hərbi qüvvə yerləşdirir, qeyri-adi fəallığın olduğunu görürük. Rusiyanı şəffaf olmağa, gərginliyi artırmamağa, Ukrayna ilə sərhədlərdə gərginliyi azaltmağa və kömək etməyə çağırırıq”, - NATO baş katibi deyib.

Rusiyanın sərhədə yaxın bölgələrdə hərbi fəallığı ilə bağlı şəffaflıq nümayiş etdirməsinin vacib olduğunu vurğulayan Stoltenberq qeyd edib:

“NATO vəziyyəti yaxından izləyir və biz Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edirik”.

Kansler Merkel də Rusiyanın bölgədəki son hərbi fəaliyyətləri ilə bağlı narahatlığını dilə gətirib.

O bildirib ki, problemlərə baxmayaraq, Rusiya ilə dialoq pozulmamalıdır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı