TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5635_osman-n-rimanoglu-yazir-s-nin-c-h-nn-minin-odu-alo

MARAQLI

Hamısı

Osman Nərimanoğlu yazır: "Sənin cəhənnəminin odu-alovu olan qələmimin nişangahına "xoş gəldin!" Ramis Mehdiyev!

(20 Gün, 16 Saat öncə) 12,63 B İzlenme 0 Yorum
Osman Nərimanoğlu yazır: "Sənin cəhənnəminin odu-alovu olan qələmimin nişangahına "xoş gəldin!" Ramis Mehdiyev!


Dəyərli dostlar, dəyərli Azərbaycansevərlər!
Azərbaycan elminin və Azərbaycan Milli Elmlər Akademiyasının 84 yaşlı "qənimi", AMEA-nın dağıdıcı ruhlu baş aşbazı, Rusiya təhsil sisteminin radikal kommunist kimi yetişdirib Azərbaycan hakimiyyətində uzun illər bəslədiyi, yüksək kürsülərdə döşünə medal taxdığı Mehdiyev Ramiz Ənvəroviç yazdığımdan necə qızışıb-odlanıbsa götürüb məni verib məhkəməyə. "Boz kardinal" öyrəşdiyi üsuli-XOXdan yararlanmaq üçün xüsusi ittiham qaydasından istifadə edib. İttihamla hələlik tanış olmasam da, məhkəmə prosesinin əyləncəli keçəcəyinə, Ramiz Mehdiyev və yandaşlarına tutarlı dərs keçəcəyimə hər kəsi bəri başdan əmin edirəm.
Atalarımızdan yaxşı bir deyim qalıb: "Utanmasan oynamağa nə var ki...?!" 
Adamın bütün titullarını, heç bir çağdaş elmi nəzəriyyə yükü olmayan dissertasiyası hesabına aldığı o akademik adını, sayı-hesabı bilinməyən maddi sərvətini bir yana atsan, Ramiz Mehdiyev ismini bunca həşəmətli-əzəmətli edəcək bir hünəri tapılmayacaq.
Heç çəkinmədən söyləyəcəm!, Bunun həyat ssenarisi xalqımıza və müstəqilliyimizə qarşı yalnızca zülmət qaranlıqlardan, acı dadan antimilli duyğulardan, korrupsiya və rüşvət bataqlığından ibarətdir.
Ramiz Mehdiyev ismi qlobal dünyanın daha iri siyasi baxışları fonunda həmişə təpədən-dırnağa Rusiya emissarı olması ilə yadda qalıb. Azərbaycan xalqına məlum olmayan (əslində məlumdur) hansısa fəaliyyət və xidmətlərinə görə Putin Vladimiroviçdən “Şərəf” ordeni almış çinovnik kimi diqqət çəkib. Həmişə erməni dəyirmanına su tökən Rusiyanın başqa dövlətin yüksək çinli məmuru kimi məhz Ramiz Mehdiyevə mükafat verməsi böyük sualla yekunlaşıb. "Boz kardinal" ayaması ilə uzun illər Azərbaycanda rəhbər posta sahib olan biri axı Rusiya dövləti qarşısında hansı özəl xidmətlərə boyun olub ki, Putin də ona jest edib?

Ermənilərlə qohum olmağı isə onu xaraktercə yenik, məzlum və xeyli də hiyləgər edir. Ramiz Mehdiyev üçün nə demokratiya, nə də fikir-ifadə azadlığı var. Təəssüf ki, O, artıq manqurt halında ölümünü gözləyən, lakin dünya malını yığmaqdan və pisliklər etməkdən heç doymayan tipik azərbaycanlı qiyafəsindədir. O artıq mənim üçün rəqibdir, məhkəmədə əlahəzrət faktlarla döyüb əzişdirə biləcəyim bir qocadır. 

Pislər üçün cəhənnəmin odu-alovu olan qələmimin nişangahına "xoş gəldin!" Ramis Mehdiyev!

Daşıya bilmədiyin vəzifənə istefa edə bilmirsən, bari sağlığına İSTEFA elə! Allah sonunu gətirsin...                               XÜSUSİ XATIRLATMA: Bilməyənlər üçün xatırladım ki, ötən gün Ramiz Mehdiyevin AMEA-dakı uğursuz və müəmma dolu kadr təyinatından yazmışdım. AMEA-nın hüquq şöbəsinin müdiri təyin edilən Əliyev Kamal Vəli oğlunun 2017-ci ilin mayında yaşanan məlum "Tərtər işi"ndə hərbçilərə qarşı törədilmiş ağır işgəncə və cinayət işində Tərtər Hərbi məhkəməsinin hakimi olmasına, bir sıra ədalətsiz hökmlər verdiyinə dair informasiyanı ictimailəşdirmişəm. Eləcə də Ramiz Mehdiyevin həmin illərdə PA rəhbəri olduğunu, o dönəmdə Azərbaycanda Rusiyameyilli ən iri persona olduğunu, vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini, Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda susqun qaldığını yada salmışam. Və bir daha deyirəm: Görün Azərbaycanın əsas elm məbədi nə günlərə qalıb ki, prezidenti Ramiz Mehdiyevdir. Məhz adıkeçən hüquqşünas-hakim də illər sonra AMEA-nın hüquq şöbəsinin başına gətirilib? "Tərtər işi"ndə Ramiz Mehdiyevlə Kamal Əliyevi birləşdirən nə var ki, AMEA-da da birləşiblər?!

Məhkəməyə aparan o xəbərin linki - Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? 

 

Mənbə  : Osman Nərimanoğlu

Demokratik.Az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı