TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5627_az-risiq-dan-m-hk-m-q-rarina-saygisizliq-v-t-ndasi

GÜNDƏM

Hamısı

Azərişıq"dan məhkəmə qərarına SAYĞISIZLIQ! Vətəndaşın işığı niyə kəsildi? - VİDEO

(21 Gün, 14 Saat öncə) 4,52 B İzlenme 0 Yorum
Azərişıq"dan məhkəmə qərarına SAYĞISIZLIQ! Vətəndaşın işığı niyə kəsildi? - VİDEO

"Azərişıq" ASC-nin Xəzər rayonu üzrə Elektrik Təchizatı və Satış İdarəsi növbəti özbaşınalığa imza atıb. Qurum ortada qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icraatda olmasını heçə sayaraq, abonentin işığını kəsib.
Bu barədə TURKAZİNFO-ya Xəzər rayon Binə qəsəbəsi, Südçülük sovxozundakı (abonent kodu - 030503700530011) evinə elektrik enerjisinin verilişi dayandırılan Mansurova Kəmalə Vilayət qızının qardaşı məlumat verib.

Ceyhun Mansurovun sözlərinə görə, bir müddət əvvəl nasazlıq səbəbindən evin sayğacı qurum tərəfindən dəyişdirilib. Ardınca isə işıq idarəsi sözügedən abonentin üzərinə 887 manatlıq borc yükləyərək həmin pulu vətəndaşdan almaq istəyiblər. Nəticədə, abonent "Azərişıq"a qarşı məhkəmə çəkişmələri başladaraq əsassız borcun silinməsinə dair iddialarında qalib gəliblər.

Azərbaycan Respublikası adından qət edilən sənədlərdən də aydın olur ki, həm Xəzər rayon Məhkəməsi, eləcə də Bakı Apelyasiya Məhkəməsinin çıxarmış olduğu qətnamələrlə Azərişıq qarşısında abonentə qarşı əsassız şəkildə hesablanmış 887 manat borcun silinməsi təsbit edilmişdir. Qüvvədə olan qətnamə üzrə iş materialları icra edilməsi üçün hazırda aidiyyatı üzrə icraata yönləndirilmişdir. Lakin, "Azərişıq" ASC-nin Xəzər RETSİ bilə-bilə qətnaməyə sayğısız davranaraq abonentə elektrik enerjisinin verilişini qanunazidd şəkildə dayandırmışdır. Sanki, Xəzər RETSİ anlamamışdır ki, əslində vətəndaşın onlara deyil, "Azərişıq"ın şikayətçiyə maddi borcu var.

Şikayətçi hüquqi bir dövlətdə belə bir hadisənin baş verdiyinə inanmaq istəmədiyini deyir. Mövcud qətnaməyə qarşı biabırçı olay deməyə əsas yaradır ki, "Azərişıq"da təmsil olunan bəzi başbilənlər hədlərini o dərəcədə aşıblar ki, qanun belə tanımırlar. Görünür, bugünlərdə Maştağa ETSİ-dən Xəzər RETSİ-yə rəis gələn Səbuhi Zeynalov ağına-bozuna boylanmadan təhlükəli korrupsiya "oçistka"larına başlayıb...


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı