TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5626_-baki-metropoliteni-nd-yoxlamalar-zaur-huseynovun-

CƏMİYYƏT

Hamısı

“Bakı Metropoliteni”ndə yoxlamalar: Zaur Hüseynovun qurumunda pozuntular aşkarlandı

(21 Gün, 0 Saat öncə) 1,13 B İzlenme 0 Yorum
“Bakı Metropoliteni”ndə yoxlamalar: Zaur Hüseynovun qurumunda pozuntular aşkarlandı

 Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb. 

Qaynarinfo-nun məlumatına görə, başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb.

Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb. 

Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-də yoxlamaların aparıldığını təsdiqləyib:

“QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, 2014-cü ildən “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı