TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5625_g-d-b-y-m-kt-bind-kobud-yanlisliq-olk-nin-adi-s-hv

REGİON

Hamısı

Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO

(21 Gün, 0 Saat öncə) 610 İzlenme 0 Yorum
Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO

Gədəbəy rayonu, Qoşabulaq kənd məktəbindəki lövhədə ölkənin adı səhv yazılıb. 

Bu barədə foto sosial şəbəkədə paylaşılıb. 

Belə ki, rayonun Qoşabulaq kənd məktəbinin girişində asılan lövhədə Azərbaycan sözündə kobud səhvə yol verilib və “Azərbacan” kimi yazılıb.

 

Sosial şəbəkə istifadəçiləri ölkənin adının səhv yazıldığı lövhənin o şəkildə divara vurulması ilə bağlı ciddi müzakirə ediblər.

Eyni zamanda yazılış qaydalarına əsasən məktəb adlandırılan zaman şəxsin adı soyaddan öncə gəlməlidir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən foto Gədəbəy rayonu Qoşabulaq kəndi R.İsmayılov adına 2 saylı  tam orta məktəbdə çəkilib. Məktəbin lövhəsində texniki olaraq səhv yazılmış “Azərbaycan” sözü düzəldilib və həmin lövhə yenisi ilə əvəz edilib.

Səhvin düzəldilməsi və yeni lövhənin vurulması ilə bağlı fotonun redaksiyamıza göndərilməsini xahiş etsək də, müraciətimizə cavab gəlmədi. Ümid edirik ki, səhv həqiqətən də düzəldilib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı