TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5623_

SİYASƏT

Hamısı

(21 Gün, 1 Saat öncə) 1,09 B İzlenme 0 Yorum
Azərbaycan XİN: "Revanşizm cəhdlərini qətiyyətlə pisləyirik"

"Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik".

TURKAZİNFO  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

"Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq. Allah şəhidlərimizə rəhmət eləsin!", - bəyanatda vurğulanıb.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı