TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5616_z-r-rc-kmis-ozu-icra-bascisinin-oglunun-adikec-n-a

HADİSƏ

Hamısı

Zərərçəkmiş özü icra başçısının oğlunun adıkeçən avtoqəzadan danışdı - "Biz dostuq"

(22 Gün, 1 Saat öncə) 1,87 B İzlenme 0 Yorum
Zərərçəkmiş özü icra başçısının oğlunun adıkeçən avtoqəzadan danışdı - "Biz dostuq"

Cari il oktyabrın 19-da Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsinin digər təfərrüatları da bəlli olub. Hadisə barədə TURKAZİNFO da  dünən yayımlanan xəbərə qəzada zərərçəkən Ruslan Əliyevin özü münasibət bildirib. 
Vətəndaşın dediyinə görə, hadisə həqiqətən də baş verib. Lakin, qəzanın törədilməsində əsas səbəbkar olan Orxan İsmayılov Mingəçevirin icra başçısı İlham İsmayılovun oğlu olmasına baxmayaraq onun uşaqlıq dostudur. Və dostluqları bu gün də davam edir.

Ruslan Əliyevin sözlərinə görə, valdeyinlərinin harada işləməsi onların münasibətlərinə heç bir təsir göstərmir. Qəzayla bağlı isə saytımızda yayımlanan bəzi məlumatlarla razılaşmır.

Ruslan Əliyev narahatlığını qeyd edərək xatırladıb ki, qəza şəhərin elə bir yerində baş verib ki, orada sürət həddini aşmaq qəti qadağandır. Yəni, ərazi yaşayış massividir, insanların sıx gediş-gəliş yeridir.
Qəzanın ani diqqətsizlikdən baş verdiyini dilə gətirən Əliyevin sözlərinə görə, o, özünə məxsus "Mersedes" markalı avtomaşınla döngəyə girərkən icra başçısının oğlunun maşını ilə qəflətən toqquşublar, bir-birlərini görmədikləri üçün belə bir qaza baş verib. Nə Orxanın, nə də özünün əslində xəsarət almadığını iddia edən Ruslan bildirir ki, maşında qolundan xəsarət alan onun dostu olub. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım çağırılıb. Sürücünün dediyinə görə, qəzadan sonra onlar narkoloji dispanserə aparılıblar və müayinə olunublar.                                                       "Orxanın və mənim avtomobilim sığortalı idi. Maşınımızın təmiri ilə bağlı heç bir problemimiz olmadı. Zədə alan dostum da Mingəçevirdəndir, onun da icbari sığortası var idi. Mingəçevir xəstəxanasında icbari itbbi sığorta olduğuna görə müayinəyə heç bir xərc tələb olunmadı. Zədə alan dostum Mingəçevirdə müayinə olundu, lakin, sonra valideyinləri narahat olduqlarına görə övladlarını Gəncə mərkəzi xəstəxanasında da müayinə etdirdilər. Gəncə xəstəxanasında da heç bir ciddi xəsarətin olmadığı bildirilib. Və bizim yenə də münasibətimiz çox yaxşıdı. Xəsarət alan dostum da yaxşıdı. Xahiş edirəm mənim sözlərimi olduğu kimi verin, olayda detallar şişirdilib. Məlumatın yayılması məni və qarşı tərəfi narahat edib. Münasibətlərimizə pis təsir etdiyinə görə xahiş edirəm mənim sözlərimi olduğu kimi dərc edesiz..." - deyə Ruslan Əliyev saytımıza bildirib.

Ruslan Əliyev saytımızda yer alan Mingəçevirin icra başçısının ərköyün oğlu yenə avtoqəza törədib - foto sərlövhəli xəbərdə qeyd edilən digər detallara münasibət bildirməyib. Öz fikirlərinin sübutu kimi isə heç bir rəsmi sənəd təqdim etməyib.

Xatırladaq ki, Mingəçevirin icra başçısının oğlu Orxan İsmayılovun barəsində bir neçə dəfə anoloji xəbərlər yayılıb.

İcra başçısının oğlunun avtoxuliqanlığı barədə hələ ötən ilin iyununda da informasiya yayılmışdı. Orxan İsmayılov 2020-ci ilin yayında idarə etdiyi Land Cruiser markalı 45 — 710 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir icra hakimiyyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb giriş qadağasını pozmuşdu. Eləcə də bir ailənin haqlı narazılığını da qəbul etməyərək həmin şəxslərlə insident yaşamışdı.

Mənbə : Demokratik az


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı