TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5607_q-ddafinin-oglu-prezidentliy-namiz-d-oldu

DÜNYA

Hamısı

Qəddafinin oğlu prezidentliyə namizəd oldu

(23 Gün, 1 Saat öncə) 1,14 B İzlenme 0 Yorum
Qəddafinin oğlu prezidentliyə namizəd oldu

Liviyanın devrilən və öldürülən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi ölkədə dekabrın 24-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

TURKAZİNFO xatırladır ki, Seyfülislam Qəddafi 2011-ci ildə ölkəsinin cənubunda üsyançılar tərəfindən yaxalanıb və 6 il həbsdə saxlanıldıqdan sonra 2017-ci ildə azadlığa buraxılıb.

Qəddafinin 9 oğlundan ikincisi olan Seyfülislam atasının dövründə Liviya hakimiyyətində rəsmən təmsil olunmasa da, arxa səhnədə ölkənin ən təsirli fiqurlarından biri və Qəddafinin varisi kimi qəbul olunurdu.

Qeyd edək ki, dekabrın 24-də Liviyada 2011-ci ildən bu yana ilk dəfə olaraq prezident və bələdiyyə seçkiləri keçiriləcək.

Tviterdə paylaşılan videoda Seyfulislam Qəddafinin “2021-ci il prezident seçkiləri” sözləri yazılmış bəzi kağızları imzaladığı görünür.

Milli geyimi ilə prezidentliyə namizədliyini açıqlayan Qəddafi Qurandan sitat gətirərək, “İnanmayanlar buna nifrət etsə də, Allah həmişə onun məqsədinə qalib gəlir” deyib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 3 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 37 şəxs qatıldı