TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5324_q-zada-x-sar-t-alanlarin-adlari-m-lum-oldu-siyahi

HADİSƏ

Hamısı

Qəzada xəsarət alanların adları məlum oldu - Siyahı

(3 Gün, 2 Saat öncə) 587 İzlenme 0 Yorum
Qəzada xəsarət alanların adları məlum oldu - Siyahı

Bakıda avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 16 nəfərin adları məlum olub.

Hadisə nəticəsində xasarət alanlardan 8 nəfəri qadın, 8 nəfəri isə kişidir.

Xəsarət alanlardan 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1999-cu il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Ağayeva Aygül Səməd qızı, Əliyeva Zərifə İsmayıl qızı, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində digər xəsarət alanlar - 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Əsədova Mətanət Nurulla qızı, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı və 1972-ci il təvəllüdlü Mənsurova Samirə Vaqif qızı isə müxtəlif dərəcəli bədən xəasarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı yüngül xəsarətlər alan 7 nəfər - 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1986-cı il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Salam oğlu, 1975-ci il təvəllüdlü Zeynalabdinov Ramiz Vüsal oğlu, 1993-cü il təvəllüdlü Tağıyev Sürət Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Məmmədov Elvin Zakir oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisə zamanı hazırki məlumata görə, 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb./Trend/


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı