TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5320_qirgizistan-prezidenti-oz-s-lahiyy-tl-rini-artirdi

DÜNYA

Hamısı

Qırğızıstan Prezidenti öz səlahiyyətlərini artırdı

(4 Gün, 5 Saat öncə) 639 İzlenme 0 Yorum
Qırğızıstan Prezidenti öz səlahiyyətlərini artırdı

Qırğızıstan Prezidenti Sadır Japarov öz səlahiyyətlərini əhəmiyyətli dərəcədə artıran "Qırğızıstan Respublikasının Nazirlər Kabineti haqqında" qanunu imzalayıb.

TURKAZİNFO xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qanuna əsasən Japarov artıq öz təşəbbüsü ilə Baş naziri və Nazirlər Kabinetinin üzvlərini istefaya göndərmək hüququna malikdir.

Bundan əlavə, qanunda hökumət üzvünün vəzifəsindən istefaya göndərilə biləcəyi səbəblər açıqlanıb.

Qanunda Nazirlər Kabineti üzvləri üçün də müəyyən məhdudiyyətlər var. Məsələn, onlar seçki kampaniyaları zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul ola və inzibati resurslardan istifadə edə bilməzlər.

Qeyd edək ki, daha əvvəl Qırğızıstanda bir neçə dəfə hökumət böhranı baş verib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı