TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5319_az-rbaycan-millisi-serbiya-il-uz-uz-g-l-c-k

İDMAN

Hamısı

Azərbaycan millisi Serbiya ilə üz-üzə gələcək

(4 Gün, 4 Saat öncə) 559 İzlenme 0 Yorum
Azərbaycan millisi Serbiya ilə üz-üzə gələcək

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

TURKAZİNFO xəbər verir ki, Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxacaq.

İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən olan Serbiyanın qonağı olacaq. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə ilk qələbə həsrətinə son qoyması heç də inandırıcı görünmür.

Qrup birinciliyini hədəfləyən serblər nəinki qələbə, hətta top fərqini yaxşılaşdırmaq üçün çox qol vurmaq barədə düşünürlər. Bu baxımdan komandamızı çox çətin səfər sınağı gözləyir.

Millimiz hələ uduzmayan güclü Serbiyaya Belqradda yenilsə, qrup sonunculuğunu rəsmiləşdirəcək.

Qrupun digər matçında Portuqaliya Lüksemburqu qəbul edəcək.

Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, VIII tur
12 oktyabr
22:45. Serbiya – Azərbaycan
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, “Rayko Mitiç” stadionu


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı